Orlando qətliamı: 50:0 Donald Trampın xeyrinə

13.06.2016 - 11:08

tramp2Dünən ABŞ-ın Orlando şəhərində baş vermiş hadisə bütün dünyada cəmiyyəti iki yerə böldü. Bir çoxu isə ikili hiss yaşayır – bir tərəfdən, qətl törətmək günahdır, heç kimin ixtiyarı yoxdur ki, kiminsə həyatını əlindən alsın. Digər tərəfdən isə, öldürülənlər homoseksuallardır və onlara münasibət birmənalı deyil.

50 nəfəri qətl edən əfqan mənşəli amerikalı Ömər Mətindir. Və bu qətliamda qazanan, şübhəsiz ki, iki tərəf var – islamofob çıxışları ilə çoxlarını qıcıqlandıran Donald Tramp və nə qədər qəribə də olsa, homoseksualların özləri.

Donald Trampın tərəfdarlarının sayının artacağını ehtimal etmək üçün siyasəıtdən baş çıxarmağa ehtiyac da yoxdur. Onun tezisləri bu gündən etibarən homoseksualların əksəriyyəti tərəfindən dəstəklənəcək. Onlar isə heç də azsaylı deyillər – son sorğulara əsasən, hər 12 amerikalıdan 1-i özünü cinsi azlıqların nümayəndəsi hesab edir.

O ki qaldı homoseksualların qazanmasına, dünəndən bütün dünya onlardan danışır, “üzdəniraq”ların halına acıdığını deyir, onlara qarşı daha dözümlü olmağa çağırırlar. Siyasətçilər isə əsl “dözümlülük” nümunəsi göstərirlər.

Hakimiyyəti dövründə homoseksuallara evlənməyə icazə vermiş ABŞ prezidenti Barak Obamanın kəskin reaksiyası gözlənilən idi. Pedofil keşişlərin imicinə böyük zərbə vurduğu katolik kilsəsi də bu hadisəni qınayanlar sırasındadır. Bir çox ölkələrin dövlət başçıları Obamaya başsağlığı verib. Rusiya XİN rəsmisi Mariya Zaxarovanın özünün “Facebook” səhifəsində yazdıqları isə əsl diplomatiya nümunəsidir:

Amma sosial şəbəkələrin sıravi istifadəçiləri daha səmimidir. Və görünən odur ki, heç də hamı Ömər Mətini qınamaq fikrində deyil. Düzdür, Qərb dünyasında “sərf etməyən” istənilən terror hadisəsinə İŞİD damğası vurmaq adəti formalaşıb. Elə Ömər Mətini də tez-tələsik İŞİD tərəfdarı elan etdilər və hətta İŞİD bu terror aktına görə məsuliyyəti də “öz üzərinə götürdü”. Adətən, belə fəndlər üçün “Twitter”də kim tərəfindən açıldığı və yazıldığı sona qədər məlum olmayan bir qeyd kifayət edir. Halbuki, sonradan Ömərin “Taliban” tərəfdarı olduğu üzə çıxdı – taliblərlə İŞİD isə heç yola getmir və hətta arabir vuruşur da.

Məlum oldu ki. bu cür hadisələr kəskin ziddiyyətləri olan kəsləri də birləşdirməyə qadirdir. Bu baxımdan, bu gün səhər Rusiyanın Life.ru saytında dərc olunan bir yazıya “Twitter” istifadəçilərinin reaksiyası nümunəvidir.

Sayt Türkiyə nəşrlərindən birinin öldürülənləri “üzdəniraq” adlandırmasından “hiddətlənib”. Adi rusiyalı istifadəçilər isə, gözlənildiyinin əksinə olaraq, türkləri deyil, saytı ittiham ediblər.

Homoseksualları nədəsə günahlandırmaq fikrindən uzağam. Halbuki bütün dünyəvi dinlər bunu böyük günah və təbiətə zidd davranış hesab edir. Amma öz intim davranışlarını reklam etməyi heç anlamıram. Bu gey-paradlar, LGBT-hərəkat, məxsusi gecə klubları və c. və i.a. – bütün bunlara ehtiyac varmı? Axı hamının psixikası eyni dərəcədə möhkəm deyil və hələ neçə belə “ömər mətinlər” peyda olub, cəmiyyəti təmizləmək fikrinə düşə bilərlər. Və sonunda, hər kəsin öz həqiqəti var. Elə qatil Ömər Mətinin də.

Short URL: http://www.cumhuriyyet.net/?p=66910

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31