İrəvanda Rusiya ilə hərbi razılaşmaya qarşı etiraz: “Bu, Azərbaycana müharibə elan etməkdir”

13.06.2016 - 12:43

armeniaErmənistan parlamentinin qarşısında bu gün Ermənistan-Rusiya birgə hava hücumundan müdafiə sisteminin yaradılmasına qarşı etiraz aksiyası başlayıb.

Virtualaz.org “Ermənistan xəbərləri” portalına istinadən xəbər verir ki, aksiyada onlarla şəxs iştirak edir. Onlar əllərində Rusiya ordusuna qarşı şüarlar tutaraq, hökuməti növbəti satqın razılaşmanı imzalamaqda günahlandırırlar.

Aksiya iştirakçılarından birinin sözlərinə görə, bu razılaşmanı imzalamaqla, Ermənistan nəinki Azərbaycana, bütün dünyaya müharibə elan edir. O bildirib ki, həmin saziş ermənilərin “gələcəyini ruslara satır”.

Bu gün yerli vaxtla saat 12-də Ermənistan parlamentinin növbədənkənar sessiyasında yeni sistem üzrə saziş səsverməyə qoyulacaq.

Short URL: http://www.cumhuriyyet.net/?p=66928

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31