Kərzaydan ABŞ-a xəbərdarlıq: ”Ömər Mətin sizin ölkənizdə doğulub, İŞİD-lə əlaqəsini ABŞ-da axtarın”
Əfqanıstanın keçmiş prezidenti Həmid Kərzay ABŞ-da bir gey -kluba silahlı hücum edən əfqan əsilli ABŞ vətəndaşı Ömar Mətinin Əfqanıstanla heç bir əlaqəsi olmadığını deyib.
Avropa.info xəbər verir ki, Mətinin ailəsinin 1980-cı illərdə ABŞ-a köçdüyünü , Ömərin də ABŞ-da anadan olduğunu deyən Kərzai Birləşmiş Ştatlara xəbərdarlıq edib.
“Ömər Mətin orda anadan olub, orada böyüyüb. IŞİD-lə əlaqələrini də ABŞ-da axtarmaq lazımdır”,- deyə Kərzay qeyd edib.
Short URL: http://www.cumhuriyyet.net/?p=66936