Fransa polisi rus azarkeşlərin qaldığı otelə basqın etdi
Ümumrusiya azarkeşlər birliyinin rəhbəri Aleksandr Şprıgin bildirib ki, onlaırn qaldığı otelə fransız polisi baş çəkib.
Musavat.com kommersant.ru-ya istinadən bildirir ki, Aleksandr Şprıgin öz tvitter hesabında 40 əli avtomatlı fransız polisinin gəldiyini, onların sənədlərini yoxladıqlarını və hər kəsin fotosunu çəkdiklərini söyləyib.
Xatırladaq ki, Marseldə ingilis və rus azarkeşlərinin toqquşması zamanı 35 insan xəsarət alıb.
Fransa daxili işlər naziri Bernar Kaznöv xuliqanların sərt şəkildə cəzalandırılacağını bildirib.
UEFA Rusiya Futbol Federasiyası haqqında intizam icraatına başlayıb.
Short URL: http://www.cumhuriyyet.net/?p=66948