Ən çox silahı hansı ölkə alıb?
Ölkələr ötən il bunun üçün 65 milyard dollar pul xərcləyib.
Dünya silah bazarına təlabət 2015-ci ildə son 10 ilin ən maksimal göstəricisinə çatıb.
ANS PRESS-in məlumatına görə, 2014-cü illə müqayisədə ötən il silaha təlabat 10% artıb və ona xərclənən vəsait 65 milyard dollar həcmində olub.
Məlumata görə, ən çox silahı Səudiyyə Ərəbistanı alıb. Eyni zamanda silaha təlabat Cənub-Şərqi Asiya və Yaxın Şərq ölkələrində də artıb. Səudiyyə Ərəbistanı ötən il “F-15” qırıcı təyyarə və “Apache” helikopterləri alıb. Krallıq eyni zamanda ordusunun arsenalını zənginləşdirmək üçün digər silah-sursatlar da alıb. Bu ölkə silahlara 9,3 milyard dollar xərcləyib.
Bununla da Səudiyyə Ərəbistanı 2015-ci ildə ən çox silah alanlar arsında ilk yeri tutur. Silah almağa görə ikinci yerdə Hindistan, üçüncü yerdə Avstraliya qərarlaşıb.
Short URL: http://www.cumhuriyyet.net/?p=66978