“UEFA püşkatmada saxtakarlıq edir” – Blatterdən sensasiyalı açıqlama

14.06.2016 - 11:12

blatter“Püşk səbətinə isti və əvvəlcədən soyuducuda dondurulmuş şar atılırdı”
FİFA-nın sabiq prezidenti Yozef Blatter futboldakı püşkatmalarla bağlı sensasiyalı açıqlama verib.

Qol.az-ın xəbərinə görə, “La Nacion” nəşrinə müsahibəsində o bildirib ki, UEFA-da keçirilən püşkatmalarda saxtakarlığa yol verilib. O iddia edib ki, belə hallar uzun illər rəhbərlik etdiyi FİFA-da olmayıb, amma Avropa səviyyəli püşkatmar zamanı püşkün nəticəsini əvvəlcədən müəyyənləşdirmək mümkün olub. Blatter bildirib ki, bunun üçün sonradan səbətə atılan şar soyuducuda dondurulurmuş. Bundan sonra istənilən komandanın adı olan kağız dondulmuş şara salınır və nəticədə püşk səbətinə dondurulmuş və isti şar qoyulurmuş. Bunun sayəsində də püşkatmada maxinasiyaya yol verilirmiş.

“Əllə ani toxunuş kifayət edirdi ki, isti ilə soyuq şarı ayıra biləsən. Mən Avropa turnirlərindən birindəki püşkatmada şəxsən belə hala şahid olmuşam” – deyə Blatter bildirib.

Blatter DÇ-2014-ün püşkatma mərasimində saxtakarlıq edildiyinə dair suala cavabında belə bir hala yol vermədiklərini iddia edib.

Short URL: http://www.cumhuriyyet.net/?p=67029

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31