ABŞ-da qırğın törədən Ömər Mətin iki dəfə Həcc ziyarətində olub – XARİCİ KİV

14.06.2016 - 11:26

omer-metinFlorida ştatının Orlando şəhərində törədilən terror aktının günahkarı Ömər Mətin iki dəfə – 2011-ci və 2012-ci illərdə 8 və 10 gün müddətində Məkkədə Həcc ziyarətində olub.

Bu barədə Səudiyyə Ərəbistanının DİN-nə istinadən “The Wall Street Journal” yazır.

ABŞ və Səudiyyə Ərəbistanının hüquq-mühafizə orqanları sonradan onlarla insanın qatilinə çevriləcək Ömər Mətinin həmin vaxt kimlərlə görüşdüyü və bu ziyarətin törədilən terror aktı ilə hansısa bir əlaqəsinin olub-olmaması barədə məlumatı yoxdur.

Florida ştatında 50 nəfər törədilən terror aktının qurbanı olub, daha 50 nəfərdən çox adam isə müxtəlif dərəcəli xəsarətlər alıb. Hazırda ölənlərdən 48 nəfərin kimliyi müəyyən edilib, bu barədə Orlandonun meri bildirib.

Terrorçu Ömər Mətin Əfqanıstandan olan mühacirlər ailəsində doğulub, o, polis tərəfindən “Pulse” gey-klubuna hücum zamanı güllələnib. Orlandoda törədilən terror aktına görə məsliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb.

Short URL: http://www.cumhuriyyet.net/?p=67031

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31