Fransada ruslar və ingilislər yenidən toqquşdu
Fransanın Lil şəhərində rusiyalı və ingiltərəli azarkeşlər arasında növbəti dəfə toqquşma qeydə alınıb. ANS PRESS-in məlumatına görə, nəticədə 2 rusiyalı saxlanılıb.
İki qrup azarkeş arasında dava polisin müdaxiləsindən sonra son çatıb.
Məlumata görə, 2 rusiyalı azarkeş 70 ingilis azarkeşinin oturduğu kafenin yanından keçən zaman tərəflər bir-birinin ünvanına təhqirlər səsləndiriblər və stul atıblar. Daily Mail nəşrinin məlumatına görə, davaya səbəb rusiyalı azarkeşlər olublar.
Rusiyalı azarkeşlərin BBC-yə verdikləri məlumata görə, polislər onlardan üzərində olan Rusiya rəmzlərini çıxartmağı tələb ediblər ki, ingilislər qıcıqlanmasın.
Vəziyyət həm də ona görə gərginləşir ki, ingilis azarkeşləri Rusiya bayrağını Slovakiya bayrağı ilə səhv salırlar, çünkü bayraqlar üzərindəki rənglər eynidir və üzərində olan herb heç də həmişə görsənmir.
Short URL: http://www.cumhuriyyet.net/?p=67151