“Rus hərbçiləri Ermənistandan çıxarılmalıdır” – ERMƏNİ DEPUTAT TƏLƏB EDİR

15.06.2016 - 12:56

zaruiRusiya Ermənistanla 200 milyonluq silah satışı müqaviləsini tam şəkildə reallaşdırmaq niyyətində deyil.

Virtualaz.org erməni mətbuatına istinadən xəbər verir ki, bunu erməni deputat, “İrs” partiyasının parlament fraksiyasının rəhbəri Zarui Postancyan bəyan edib.

Deputatın sözlərinə görə, Rusiya ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri olmasına baxmayaraq, regionda güc balansını bərpa etmək istəmir: “Rəsmi Moskva Azərbaycana milyard dollar məbləğində silah satmaqla bu balansı pozub”.

Erməni deputat hesab edir ki, rəsmi Moskva Bakı ilə sıx əməkdaşlıq etdiyi, Azərbaycanın silahlı qüvvələrini gücləndirdiyi üçün Rusiya hərbçiləri Ermənistandan çıxarılmalıdır.

Short URL: http://www.cumhuriyyet.net/?p=67172

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31