NATO öz qüvvələrini Baltikyanı ölkələrdə gələn ilin yanvarından yerləşdirməyə başlayacaq

15.06.2016 - 14:36

nato2NATO qüvvələrinin Baltikyanı ölkələrdə dislokasiyası 2017-ci ilin yanvarından başlayacaq.

APA-nın RİA “Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə alyansa yaxın mənbə bildirib.

Qeyd olunur ki, NATO-ya üzv 28 ölkənin müdafiə nazirləri alyansın bir taborunun rotasiya qaydası əsasında Latviya, Litva, Estoniya və Polşaya yerləşdirilməsi barədə razılıq əldə ediblər.

ABŞ-ın NATO yanındakı daimi nümayəndəsi Duqlas Lyutun sözlərinə görə, hər birləşmədə şəxsi heyətin sayı 800-dən 1000 nəfərədək ola bilər və onlar hər 6-9 aydan sonra bir əvəzlənəcəklər.

Alyansın yüksək çinli nümayəndəsi isə jurnalistlərə açıqlamasında taborun dəqiq tərkibinin hələlik müəyyən olmadığını deyib.

Detalların NATO-nun iyulun 8-9-da Varşavada keçirilək sammitində hazırlanacağı bildirilir.

Short URL: http://www.cumhuriyyet.net/?p=67186

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31