Rusiya Ermənistan üçün 200 zabit hazırlayır

15.06.2016 - 14:55

soyquErmənistanın 200-dən çox hərbçisi Rusiyanın ali hərbi məktəblərində təhsil alacaq.

Musavat.com erməni saytlarına istinadən bildirir ki, bu barədə Rusiya müdafiə naziri Sergey Şoyqu öz erməni həmkarı Seyran Ohanyanla görüşündə bildirib.

“Əməkdaşlığımızın tempi və sıxlığı bizi məmnun edir. Biz bütün istiqamətlərdə əməkdaşlıq edirik, burada təhsilə xüsusi yer ayrılıb. Ermənistan ordusunun zabitləri artıq bizim hərbi təhsil müəssisələrində oxuyurlar”, – deyə Sergey Şoyqu bildirib.

Sergey Şoyqu 2016-cı ildə Rusiya ali hərbi məktəblərində oxumaq istəyən 200-dən çox erməni hərbçisinin ərizəsinin olduğunu və Moskvanın bunu dəstəkləyəcəyini bildirib.

Bundan başqa, bu gün Rusiya müdafiə nazirinin müavini Anatoli Antonovla Ermənistan müdafiə nazirinin müavini David Tonoyan görüşüblər.

Short URL: http://www.cumhuriyyet.net/?p=67192

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31