İstanbulda atışma: polis rəisi də yaralandı FOTO (VİDEO)

15.06.2016 - 15:31

103Türkiyənin İstanbul şəhərində polis əməkdaşları ilə şübhəli şəxslər arasında silahlı atışma olub.

“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, hadisə Arnavudköy rayonunda baş verib.

Məlumata görə, Hadımköy qəsəbəsinin Sardunya küçəsində şübhəli şəxsi həbs etmək istəyən polis əməkdaşlarına pompalı tüfənglə atəş açılıb.

Nəticədə 2 polis yaralanıb. Onlardan birinin Arnavudköy Rayon Polis İdarəsinin rəisi olduğu bildirilir.

Hadisə yerinə xeyli sayda polis və təcili tibbi yardım maşını göndərilib. Eyni zamanda xüsusi təyinatlı polis dəstələri və polis helikopteri də əraziyə cəlb edilib.

Short URL: http://www.cumhuriyyet.net/?p=67198

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31