Vatikanda erməni terrorunun qurbanına görə “Quran” oxundu – VİDEO

15.06.2016 - 16:14

vatikanXristian dininin mərkəzlərindən hesab edilən Vatikanda Quranın “Əli İmran”, “İsra” və “Yasin” surələri oxunub.

Türkiyənin “Axşam” qəzeti xəbər verir ki, Romadakı Vatikana aid dəbdəbəli saray – Renesans dönəmində inşa olunmuş Kanselleriyada ASALA terror təşkilatı tərəfindən 1977-ci ildə qətlə yetirilən Türkiyənin Vatikandakı səfiri, türk diplomat Taha Carım anılıb.

Anım Qurandan ayələrin oxunması ilə başlayıb. Daha sonra qonaqlar üçün iftar süfrəsi açılıb. Mərasimə həm Türkiyə, həm də İtaliyanın dövlət rəsmiləri, din xadimləri qatılıblar.

Salon Vatikan və Türkiyə bayraqları ilə bəzədilib. Anım erməni terroru qurbanının xatirəsini 1 dəqiqəlik sükutla yad etməklə başlayıb.

Səfir Mehmet Paçacı sələfi olan Taha Carımın 9 iyun 1977-ci ildə erməni terror təşkilatı olan ASALA tərəfindən iqamətgahı önündə qətlə yetirildiyini deyib. Hadisədən 3 gün sonra o zamankı Papa VI Pavel Müqəddəs Pyotr meydanında hücumu pisləyən açıqlama verib.

Səfir jurnalistlərə açıqlamasında şəhid olan diplomatın anım mərasiminin Ramazan ayına təsadüf etdiyi üçün iftar verdiklərini deyib.

Qeyd edək ki, qondarma erməni soyqırımının 100 illiyi ərəfəsində Roma Papasının “soyqırım” haqqında dedikləri Vatikanla Türkiyə münasibətlərinin pozulmasına səbəb olmuşdu. Lakin bundan 10 ay sonra erməni terrorunun qurbanı olan diplomat Vatikan tərəfindən anılmışdı. Bu hadisədən sonra Türkiyə tərəfi diplomatik münasibətləri düzəltmək qərarına gəlmişdi. Ötən iliaprelin 12-də Vatikandan geri çağırılan səfir Mehmet Paçacı da vəzifəsinin başına geri qaytarılmışdı.

Onu da bildirək ki, ASALA terror təşkilatları müxtəlif illərdə (1970-1980) Avropa şəhərlərində onlarla türk diplomatını qətlə yetirib.(Qaynarinfo.az)

Short URL: http://www.cumhuriyyet.net/?p=67206

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31