“Dağlıq Qarabağ Azərbaycanındır…” – Erməni müğənni

15.06.2016 - 19:59

iveta“Dağlıq Qarabağ Azərbaycana məxsusdur”.

Cümhuriyyət.az Virtualaz.org-a istinadən xəbər verir ki, bunu Ermənistanın “Eurovision 2016”-dakı təmsilçisi İveta Mukuçyan Yunanıstanda olarkən yerli KİV-ə verdiyi müsahibəsində deyib.

“Eurovision”da nə üçün tanınmamış “DQR”-in bayrağını qaldırması ilə bağlı suala cavabında o deyib: “Dağlıq Qarabağ Azərbaycana məxsusdur, amma bu, Ermənistanda ikinci demokratiyadır. Azərbaycana məxsus olmasına baxmayaraq, həmin ərazi müzakirə mərhələsindədir. Bu məsələ uzun illər “böyük qardaş” Rusiya ilə müzakirə olunub, amma heç bir nəticə yoxdur. Sərhəddəki insanlar proqres görmür və qırılırlar. Buna son qoyulmalıdır”.

Xatırladaq ki, mayın 10-da Stokholmda -“Eurovision-2016”nın finalında İveta Mukuçyan “DQR”in bayrağını qaldırmış, yarışmanın təşkilatçıları isə buna görə Ermənistanı sanksiyalarla hədələmişdilər.

Yarışmadan sonra keçirilən mətbuat konfransında Mukuçyan nə üçün elə etdiyinə bu cür aydınlıq gətirmişdi: “Mənim demək və yaymaq istədiyim yeganə şey sülhdür. Mən sərhədlərdə sülh istəyirəm, Ermənistanın istədiyi yeganə şey də sülhdür. Mən bu mahnını məhz buna görə yazmışam – “məhəbbət dalğasını” yaymaq üçün. Mənim arzum budur ki, bütün dünyada sülh bərqərar olsun. Mən bayrağı ona görə qaldırdım ki, insanlar diqqətlərini bu problemə yönəltsinlər. Mən bu dünyaya yalnız sülh arzulayıram”.

Onu da xatırlaraq ki, İveta Mukuçyan həmin yarışmada 7-ci yeri tutub.

Short URL: http://www.cumhuriyyet.net/?p=67223

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31