Şəhidin arvadı utancverici addım atdı

15.06.2016 - 23:12

aysegulPKK terrorçularına qarşı keçirilən əməliyyatlarda şəhid olmuş Türk əsgəri Sabri Acem üçün Türkiyə hökuməti 96 min lirə pul ayırıb (50 min manat). Lakin şəhidə ayrılmış pul əsgərdən boşanmaq üzərə olan həyat yoldaşı Ayşəgülə verilib.
Boşanma ərəfəsində olan Ayşəgül Acem, şəhidə ayrılmış pulu götürüb. Maddi sıxıntılara görə ərindən boşanmaq istəyən Ayşegül, şəhidin cənazə mərasiminə də qatılmayıb.
Ayşegülün bu addımı bir çox insan tərəfindən narazılıqla qarşılanıb.
Boşanma ərəfəsində olan əsgər, PKK ilə əməliyyata girməzdən əvən öz mirasının ata, ana və qardaşlarına çatmasını bildirən bəyannaməni imzalasa da, dövlət tərəfindən ayrılan pul, məhkəmə tərəfindən Ayşəgülə verilib.
Ədalətin bərpa olunmasını istəyən şəhid atası Erkan Acem, qadının onun soyadını daşımasını istəmədiyini və şəhid pulunu ona halal etmədiyini deyib.
Şəhid anası Seval Acem isə cənazə mərasiminə belə qatılmayan gəlinindən daşınıb və onu Allaha həvalə etdiyini deyib.

Short URL: http://www.cumhuriyyet.net/?p=67227

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31