Stoltenberq: “Rusiyanın aqressiv manevrlərinə reaksiya vermək məcburiyyətindəyik”

16.06.2016 - 15:58

stoltenberq“Rusiya hərbi vasitələrlə təsir zonasını yaratmağa çalışır”.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə NATO baş katibi Yens Stoltenberq “Bild” nəşrinə müsahibəsində bildirib.

Y. Stoltenberq bildirib ki, NATO ilə sərhədlərdə hərbi potensialın artması müşahidə edilir: “Biz NATO ilə sərhədlərdə – Arktika, Baltik dənizi regionu, Qara dənizdən Aralıq dənizinə qədər hərbi potensialın artımını müşahidə edirik. Biz Rusiya tərəfindən öncədən elan edilməmiş, aqressiv manevrlər qeydə alırıq və buna reaksiya vermək məcburiyyətindəyik”.

Baş katibin sözlərinə görə, NATO Rusiya ilə yeni “soyuq müharibə” və qarşıdurma istəmir: “Fəaliyyətimiz müdafiə xarakteri daşıyır. NATO münaqişənin qarşısını almağa çalışır. Şərq cinahda hərbi qüvvələrin yerləşdirilməsi Rusiyanın aqressiv fəaliyyətinə cavabdır ”.

Bununla yanaşı, Y. Stoltenberq bildirib ki, kiberhücum da alyans üzvlərinə qarşı hücum kimi qiymətləndirilə bilər.

Short URL: http://www.cumhuriyyet.net/?p=67304

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31