ABŞ Türkiyəyə müdaxilə edəcək – Ərdoğanı devirmək PLANI

17.06.2016 - 11:56

erdoqan4ABŞ-ın “Foreign Policy” nəşrində yayımlanan məqalədə Ərdoğanı devirmək çağırışı edilib.
Publika.az xəbər verir ki, məqalənin müəllifi Con Hannah Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın başda Amerika olmaqla, Yaxın Şərq və Avropa, eləcə də Türkiyənin özü üçün təhlükəli şəxs olduğunu yazıb: “Türkiyə yavaş-yavaş uçurumdan aşağı yuvarlanır. Terrorizm, daxili savaş, üfüqdə “müflis dövlət” və “zorla bölünmə” kimi ssenarilər görünür. Ərdoğan PKK ilə yenidən müharibə aparması Türkiyənin demoqrafik quruluşuna qarşı hücumdur”.

Məqalədə Türkiyənin son illər İŞİD-ə dəstək verdiyi və ABŞ-ın bunu qəbul etdiyi də iddia olunur.

“Türkiyədə ordunun dövlət çevrilişi etməsi ehtimalı var. Ərdoğan bu ehtimala qarşı PKK ilə yenidən döyüşə başlayaraq, ordu ilə ittifaq qurdu. Türkiyənin Ərdoğan problemi illərdir davam edir. ABŞ rəsmiləri problemin o qədər də qorxulu olmadığını, getdikcə özünün həll olacağını, beləliklə Yer üzündə ən önəmli geostrateji torpaqların bir hissəsi ilə müttəfiqliyi pozmaq məcburiyyətinə qalmayacağını düşünür. Lakin Ərdoğan problemi getdikcə böyüyür və metastaz olur. ABŞ-ın maraqları üçün böyük təhlükələr yaratmaqda davam edir. Tez, ya da gec hesablaşma günü gələcək, Amerika da bu prosesdən daha az zərərlə çıxmaq üçünü indidən hazırlığa başlamalıdır”, – deyə məqalədə bildirilir.

Short URL: http://www.cumhuriyyet.net/?p=67352

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31