Türkiyəni vurmaq üçün PKK-ya 50 rus raketi verilib – ŞOK İDDİA

17.06.2016 - 13:39

raketPKK terror təşkilatlarının əlində “Kobra” tipi vertolyotları vurmaq üçün istifadə edilə biləcək daha 50 ədəd raket var.

Publika.az xəbər verir ki, bu haqda Türkiyə Təhlükəsizlik Müdirliyinin qeydlərini əldə edən “Cümhuriyyət” nəşrinin xəbərində deyilir.

Xatırladaq ki, mayın 13-də Türkiyənin Hakkari vilayətinin Çuxurca mahalında qəzaya uğrayan “Kobra” helikopterinin Rusiya istehsalı olan SA-18 raket sistemi ilə vurulduğu bildirilir.

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan deyib ki, “Kobra”nı vuran silahların Rusiya tərəfindən PKK-ya verilən silahlar olduğunu bilirlər. Onun sözlərinə görə, Rusiya silahları Suriya və İraq tərəfindən PKK-ya ötürülür.

“Hazırda terrorçuların əlində Rusiyanın verdiyi raketlər var”, – dövlət başçısı vurğulayıb.

Terror və təhlükəsizlik mütəxəssisi Abdullah Ağar “Vatan”ın yazarı ilə söhbətində bildirib ki, PKK İraq və Suriyada İŞİD-lə mübarizə maskası və bəhanəsi altında müasir silahları ələ keçirib. Onun sözlərinə görə, sözügedən silahların terror təşkilatını himayə edən ölkələr tərəfindən verildiyi də sirr deyil. Bu silahlar arasında tank əleyhinə raketlər və zenit-raket sistemlərinin olduğu da məlumdur.

Short URL: http://www.cumhuriyyet.net/?p=67374

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31