Burada doğulan qızlar fahişə olur — FOTOLAR

18.06.2016 - 19:27
Alman fotoqraf Sandra Hoyn bu dəfə də səs gətirən bir layihəyə imza atıb.

Cümhuriyyət.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, fahişəliyin leqal sayıldığı Banqladeşdə olan fotoqraf burada qadınların uşaq yaşlarından qarşılaşdığı çətinlikləri kadra alıb.
Fahişəliyin leqal olduğu çox az müsəlman ölkələrindən biri olan Banqladeşdə bəziləri könüllü, xeyli qadın isə ailə zorakılığından əziyyət çəkdiyi üçün bu yolu seçir. Hətta insan alverinin qurbanı olanlar da az deyil. Ölkənin ən qədim və ikinci böyük fahişəxanası olan “Kandapara”da olan fotoqraf hər tərəfi qalın divarlarla bağlı olan bu kiçik fahişə şəhərciyini çəkdiyi fotolarla geniş şəkildə təqdim etməyə çalışıb.
“Kandapara” artıq 200 ildən çoxdur ki, fəaliyyət göstərir və 800-dən çox qadının sonuncu ümid yeridir. Ailədaxili şiddətə dözə bilməyən qadınlar “öz cəhənnəmimi özüm seçəcəm” -deyərək buraya üz tutur. Priton Milli Qadın Vəkillər təşkilatının təkidi ilə bir müddətlik bağladılsa da, xeyli tələb olduğundan yenidən fəaliyyətə başlayıb. “Kandapara”da hər il onlarla uşaq dünyaya gəlir. Əfsuslar olsun ki, burada doğulan qız uşaqları elə gələcək həyatlarını da seks işçisi kimi davam etdirməli olurlar. Həm cəmiyyətin qınağı, həm də yaşam şəraitlərinin çətin olması, onlara bu divarlardan kənardakı həyatda yaşamağa imkan vermir.
İnsan alverinin qurbanı olaraq fahişəxanaya satılan uşaqların yaşı əsasən 12-14 yaş aralığında olur. Həmin uşaqlara daha böyük görünsün, bədən ölçüləri banqladeşli kişilərin istəklərinə uyğun olsun deyə vitamin adı ilə steroid və hormonlar qəbul etdirilir. Bunun nəticəsidir ki, yetkinlik yaşına çatdığı zaman onlarda sağlamlıq problemləri yaranır. Fahişəxanaya satılan qızlar 5 il boyunca borclarını ödəməyə və oradan çıxmağa çalışsalar da, müddət bitdikdən sonra da ictimai qınaqlara görə fahişəxananı tərk edə bilmirlər.
Hazırda Banqladeşdə 14 fahişəxana leqal fəaliyyət göstərir.

Short URL: http://www.cumhuriyyet.net/?p=67457

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31