Moskvada matəm elan olundu

20.06.2016 - 10:19

kareliyaKareliya Respublikasının Pryajinsk rayonunda baş verən faciə ilə əlaqədar iyunun 20-si Rusiyanın paytaxtında matəm elan olunub.

TASS agentliyinin verdiyi xəbərə görə, bu barədə Moskva meri Sergey Sobyanın özünün Tvitter səhifəsində yazıb.

Xatırladaq ki, iyunun 18-də “Park-hotel Syamozero” sağlamlıq düşərgəsində dincələn uşaqlar təlimçilərlə birgə qayıqlarla gəzintiyə çıxarkən müəyyən yol qət etdikdən sonra fırtınaya düşüblər. İçərisində 47 uşaq və 4 təlimçinin olduğu üç qayıq aşaraq batıb. Nəticədə 15 uşaq ölüb, daha 10-u xəstəxanaya yerləşdirilib.

Hadisə ilə əlaqədar cinayət işi açılıb, saxlanılanlar var. Qeyd edək ki, iyunun 20-si Kareliya Respublikasında da matəm günü elan edilib.(APA)

Short URL: http://www.cumhuriyyet.net/?p=67461

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31