Azərbaycan və Türkiyə hərbçilərinin birgə təlimləri başladı
Azərbaycanla Türkiyə arasında ikitərəfli hərbi əməkdaşlıq planına əsasən iyunun 20-dən “İŞIK-2016” beynəlxalq axtarış-xilasetmə təlimləri başlayıb.
Virtualaz.org bildirir ki, bu barədə Müdafiə Nazirliyinin saytı məlumat yayıb.
Məlumatda deyilir ki, Azərbaycan Hərbi Hava Qüvvələrinin 3 ədəd Mi-17 döyüş-nəqliyyat və 3 ədəd Mi-35 döyüş helikopteri müştərək təlimlərdə iştirak etmək məqsədilə Türkiyənin Konya şəhərində yerləşən aviabazaya aparılıb.
Təlimlər iyunun 30-dək davam edəcək.
Short URL: http://www.cumhuriyyet.net/?p=67548