Meksikada müəllimlərlə polisin toqquşmasında 6 nəfər həlak olub

20.06.2016 - 14:53

inqilabMeksikada müəllimlərlə asayiş keşikçiləri arasında toqquşmalar artıq bir neçə müddətdir ki, davam edir.

Musavat.com-un nbcnews-a istinadən verdiyi xəbərə görə, müəllimlər Meksika hökumətinin həyata keçirmək istədiyi təhsil islahatlarına etiraz edirlər.

Etirazlar təhsil işçilərinin koordinasiya mərkəzi tərəfindən təşkil edilir.

Nümayişçilər müəllimlərin həmkarlar ittifaqının korrupsiya ittihamı ilə həbs edilən iki rəhbərinin buraxılmasını da tələb ediblər.

Ən şiddətli toqquşmalar Meksikanın cənubunda Oaxaka ştatında qeydə alınıb.

Burada etirazçılar polislərin üzərinə yandırıcı maddələr, “Molotov” kokteylləri atıblar.

Hüquq-mühafizə orqanlarının əməkdaşları nümayişi yatırmaq üçün xüsusi vasİtələrdən istifadə ediblər.

Oaxaka ştatının qubernatoru Qabino Kue iğtişaşlarda 6 nəfərin həlak olduğunu, 53 nəfər mülki vətəndaşın, 41 federal polisin, 14 ştat polisinin isə yaralandığını bildirib.

Meksika təhsil naziri Aurelyo Nunyo iğtişaşlarda iştirak edən 4300 müəllimin işdən qovulacağını açıqlayıb.

Həmkarlar ittifaqının bəzi rəhbərləri isə müəllimləri hökumətə qarşı hətta inqilaba çağırıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=67553

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31