Terim futbolçulardan küsüb

20.06.2016 - 16:43

terimTürkiyə millisi “Avro-2016″nın D qrupunda sonuncu matçını Çexiya millisinə qarşı keçirəcək. ANS PRESS-in məlumatına görə, “ay-ulduzlular” ötən gün də çexlərlə oyunun hazırlığını davam etdirib.

Məşq prosesində baş məşqçi Fatih Terim diqqət mərkəzinə düşüb. Maraqlıdır ki, təcrübəli mütəxəssis məşq zamanı heç bir futbolçu ilə ünsiyyətdə olmayıb.

Türkiyə mətbuatı milli komandanın daxilində ab-havanın yüksək olmadığını, gərginliyin pik həddə çatdığını yazır.

İlk dəfə 24 komandanın iştirak etdiyi turnirin formatı da əvvəlkilərdən fərqlənir. Bu dəfə növbəti mərhələyə təkcə qrupda ilk iki pilləni tutan komandalar çıxmayacaq. Əvvəlkindən fərqli olaraq 1/8 final mərhələsinin keçiriləcəyi turnirdə qrupda ilk iki pilləni tutan komandalarla yanaşı, 3-cü pillədə qərarlaşmış ən yaxşı 4 komanda da mübarizəni davam etdirəcək.

Sözsüz ki, indi ölkəmizdə çoxlarını Türkiyə millisinin taleyi maraqlandırır. İlk iki turda Xorvatiya və İspaniyaya yenilən “ay-ulduzlular” 1-2-ci pillələri tutmaq şansını itirib. İndi türklər ən yaxşı 3-cü olan 4 komandadan biri olmalıdır.

Bunun üçün Fatih Terimin yetirmələri ilk növbədə Çexiyanı məğlub etməlidir. Amma bu, mərhələ adlamaq üçün yetərli deyil. Digər qruplardakı oyunların nəticələri də Türkiyənin taleyinə təsir edəcək. “Ay-ulduzlular”ın qrupdan çıxması üçün bir çox ssenari var.

Short URL: http://www.cumhuriyyet.net/?p=67585

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31