Prezidentliyə namizədə sui-qəsd
İyun ayının 18-də şübhəli kimi həbs edilən 19 yaşlı gənc ABŞ prezidentliyinə namizəd Donald Trampı öldürmək istədiyini etiraf edib. Gənc bildirib ki, polislərin ona atəş açacağından xəbərdar olsa da, bundan öncə Trampa bir neçə dəfə güllə ata biləcəyinə ümid edib.
ANS PRESS “BBC”yə istinadən verdiyi məlumata görə, Donald Trampın seçki qabağı Las-Veqas şəhərində təşkil edilmiş kampaniyasında xoşagəlməz hal yaşanıb. 19 yaşı tamam olmuş britaniyalı Maykl Stiven Sendford məxfi xidmət orqanları əməkdaşının silahını ələ keçirməyə çalışıb. Məhkəmədə günahını etiraf edən gənc, qətli törətmək üçün Nyu-Cersidən gəldiyini deyib.
Sendfordun dediklərinən onun qətl törətməyi neçə müddət əvvəl planlaşdırdığı aydın olur. Gəncin dediyinə görə, əvvəl heç vaxt odlu silahdan atəş açmayıb. Las-Veqasa gəlmədən öncə 17 iyunda bir neçə atıcılıq dərslərində iştirak edib.
Short URL: http://www.cumhuriyyet.net/?p=67639