Əziz Nesinin oğluna həbs təhlükəsi – “Bu Türkiyə mətbuat azadlığı üçün alçaldıcıdır”

21.06.2016 - 12:01

ahmed-nesinTürkiyə məhkəməsi Sərhədsiz Reportyorlar təşkilatının (RSF) nümayəndəsi də daxil olmaqla 3 nəfərə qarşı “terror təbliğatı” ittihamı irəli sürüb.

İttihama əsasən təşkilat nümayəndəsi Erol Onderoglu, jurnalist Ahmet Nesin və ali məktəb müəllimi Sebnem Korur Fincanci-n həbs olunması haqqında qərar verilib.

RSF deyib ki, “Bu Türkiyə mətbuat azadlığı üçün inanılmaz dərəcədə alçaldıcıdır”.
Avropa İttifaqı jurnalist və ali məktəb müəllimlərinin cinayət təqibini dayandırması üçün rəsmi Ankaraya təzyiq göstərməsinə baxmayaraq yenə də həbslər davam edir.

Onların hər üçünün kürdyönlü “Ozgur Gundem” qəzetinə həmrəylik kampaniyasında iştirak etdiyi bildirilir.

‘Qara gün’

“Bu, Türkiyə mediası üçün başqa bir qara gündür”, Sərhədsiz Reportyorlar təşkilatının şərqi Avropa və mərkəzi Asiya bölməsinin rəhbəri Yohan Bihr deyib.

Cənab Onderoglu Türkiyənin cənub şərqdə, kürdlərlə bağlı apardığı geniş təhlükəsizlik əməliyyatı və həmin vaxt tərəflər arasında baş verən çəkişmələrdən yazdığı üç məqaləyə görə həbs olunub, cənab Bihr deyib.

Sebnem Korur Financi, Türkiyə İnsan Haqları Fondunun rəhbəridir və Ahmet Nesin isə tanınmış jurnalistdir.

RSF-in 2016-cı ilin Dünya Mətbuat Azadlığı indeksinə görə Türkiyə 180 ölkə arasında 151-ci yerdə qərarlaşıb.

May ayında Türkiyə məhkəməsi dövlət sirrini yaydığına görə iki mötəbər jurnalisti həbs edib.

Gündəlik dərc olunan müxalif Cümhuriyyət qəzetinin redaktoru və rəhbəri olan Can Dundar və Erdem Gul yazmışdı ki, Türkiyə Suriya hökumətinə qarşı mübarizə aparan terrorçulara silah tədarük etməyə çalışır (BBC).

Short URL: http://www.cumhuriyyet.net/?p=67688

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31