Rusiyada azərbaycanlının öldürülmə anı

21.06.2016 - 12:46

olayRusiyanın Sankt-Peterburq şəhərində yerləşən Sofiyski tərəvəz bazasında kütləvi dava zamanı 43 yaşlı Azərbaycan vətəndaşının öldürülməsinin bəzi təfərrüfatları bəlli olub. ANS PRESS-in məlumatına görə, bu barədə yerli polis xəbər verib.

Hüquq-mühafizə orqanları iyunun 20-də Sofiyski tərəvəz bazasında 100 – 200 nəfərin iştirakı ilə kütləvi dava düşdüyünü qeyd edib. Daha sonra Azərbaycan vətəndaşı 27 yaşlı Emil Hüseynov həmyerlisi 43 yaşlı Maarif İsmayılovu tapançadan açdığı atəşlə qətlə yetirib. Hüseynov qaçmaq istəyərkən ticarətçilər tərəfindən yaxalanıb. Hüseynov onu yaxalayanlara İsmayılovu sifarişlə oldürdüyünü bildirib. Onun sözlərinə görə, bu qətli yerinə yetirdikdən sonra ona 10 milyon rubl (238 min manat – red.) veriləcəkdi.

Qətli törətməkdə şübhəli bilinən Emil Hüseynov ticarətçilər tərəfindən döyüldüyü zaman aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Hadisə yeri
Digər versiyaya görə, hadisə borc səbəbindən baş verib. Hazırda araşdırmalar davam edir. Sofiyski tərəvəz bazası polis və OMON tərəfindən mühasirəyə alınıb. Hüseynovun 2000-ci ildə Daxili İşlər Nazirliyinin universitetini bitirib, daha sonra Kirov rayonunda sahə müvəkkili işlədiyi qeyd olunur. Onun 2012-ci ilədək polisdə işlədiyi bildirilir. Rusiya mətbuatında hadisənin baş vermə anının görüntüləri yayılıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=67705

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31