10 ildən sonra aclıq olacaq – Alimlərdən XƏBƏRDARLIQ

21.06.2016 - 14:47

acliq2Britaniyanın Lids Universitetinin alimləri xəbərdarlıq edirlər ki, iqlimin dəyişiklikləri 10 ildən sonra Yer üzündə aclıq yarada bilər.

Azərtac xəbər verir ki, mütəxəssislər torpaq və havanın temperaturunun qarğıdalının artım dövrünün müddətinə necə təsir etdiyini araşdırdıqdan sonra bu qənaətə gəliblər. Britaniya iqlimşünasları inanırlar ki, qarğıdalının məhsuldarlığının kəskin şəkildə aşağı düşməsi qlobal istiləşmə ilə əlaqədardır. Bu isə Afrikada ərzaq böhranına səbəb ola bilər. Hətta 2030-ci ildə dünyanı ərzaq çatışmazlığı ilə üz-üzə qoya bilər. Temperaturun artması həm də toplanan biokütlənin miqdarının azalmasına və dənli bitkilərdə vegetativ dövrünün müddətinin dəyişməsinə gətirib çıxarır.

Quraqlığın təsirini və su çatışmazlığını nəzərə alan mütəxəssislər iqlim modeli hazırlayıblar. Bunun sayəsində alimlər qarğıdalının məhsuldarlığın dəyişməsini qiymətləndiriblər. Məlum olub ki, 2030-ci ildə “qara qitənin” əksər dövlətlərində bu dənli bitki tamamilə yox ola bilər.

Short URL: http://www.cumhuriyyet.net/?p=67736

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31