Braziliya millisinin yeni baş məşqçisi

21.06.2016 - 15:09

titeBraziliya milli komandasının yeni baş məşqçisi müəyyənləşib. ANS PRESS-in məlumatına görə, bu posta rəsmən Tite təyin edilib.

Bu barədə Braziliya Futbol Konfederasiyasının rəsmi saytı məlumat yayıb. 55 yaşlı mütəxəssis yeni vəzifədə Dunqanı əvəzləyib. Dunqa Amerika Kubokunda “pentakampeonlar”ı 1/4 finala çıxara bilmədikdən sonra istefaya göndərilib. Tite isə “Korintians”la 6 dəfə çempionluq sevinci yaşayıb. O, yığmada əsas məqsədlərinin 2018-ci il dünya çempionatına vəsiqə qazanmaqdan ibarət olduğunu bildirib.

Hazırda Braziliya millisi Cənubi Amerika zonasında keçirilən seçmə mərhələdə 9 oyundan 9 xalla 10 komanda arasında 6-cı pillədə qərarlaşıb. Amma qarşıda hələ 9 tur var.

Karlos Dunqa Braziliya futbol yığması ilə 2006-2010-cu illərdə də işləyib. O, bu müddət ərzində komanda ilə 2007-ci ildə Amerika Kubokunu, 2009-cu ildə isə Konfederasiya kubokunu qazanıb. Futbolçu kimi Dunqa 1994-cü ildə dünya çempionu adına sahib olub.

Short URL: http://www.cumhuriyyet.net/?p=67744

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31