Ancelina Colidən iftarda müsəlmanlara jest – FOTO

21.06.2016 - 15:19
ancelinaABŞ-ın dövlət katibi Con Kerri və Birləşmiş Millətlər Təşkilatının (BMT) qaçqın məsələləri üzrə xüsusi elçisi, aktrisa Ancelina Coli iftar süfrəsində bir araya gəliblər.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, Coli Dünya Qaçqınlar günü münasibətilə Dallas bölgəsi Müsəlman Topluluğunun (ADAMS) təşkil etdiyi mərasimdə çıxış edib:
“İnsanlar bərabər doğulub və hər kəs eyni hüquqlara malikdir. Bəzi insanların digərlərindən daha dəyəri olduğun düşünmək demokratik ölkələrə yaraşmaz”.
Diqqət çəkən məqamlardan biri aktrisanın nitqinə “Salam eleykum” deyərək başlaması olub. O, müsəlman dünyasının ən müqəddəs ayı Ramazan haqda da danışıb.
Kerri isə “bütün qaçqınları toplasaq dünyanın ən çox əhalili 22-ci ölkəsi yaranacaq” deyib. Fərqli dinlərdən təmsilçilərin qatıldığı iftarda axşam azanını ABŞ ordusunda xidmət edən müsəlman əsgər oxuyub.

Short URL: http://www.cumhuriyyet.net/?p=67748

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31