Rusiya ilə ABŞ qırıcısı bir-birinə girdi

21.06.2016 - 16:30

qeza3Rusiyanın ötən həftə İordaniya sərhədində yerləşən Tanfa bölgəsində ABŞ-ın dəstəklədiyi Suriya müxalifətini vurmasının bəzi detalları üzə çıxıb.

Axar.az “Los Anceles Tayms” qəzetinə istinadən xəbər verir ki, sözügedən hadisə zamanı Rusiya və ABŞ qırıcılarının “it boğuşması” etdikləri bəlli olub.

Qəzetin yazdığına görə, Rusiyanın bombardmanından sonra ABŞ-ın F-18 qırıcıları havaya qalxıb. F-18-lər Rusiyanın Su-34 bombardmançılarına yaxınlaşdığı zaman ABŞ Mərkəzi Komandanlığı təcili xətt vasitəsilə Rusiya ordusunun rəsmiləri ilə əlaqə yaradıb. ABŞ-ın qırıcılarını görən rus pilotlar bölgədən uzaqlaşıb. Bir müddət sonra ABŞ qırıcılarının yanacağı tükənib və onlar da bölgəni tərk edib. Bunu görən Rusiya pilotları ikinci dəfə əraziyə qayıdaraq, müxalifləri bombalayıb.

Qeyd edək ki, iyunun 16-da Rusiya İordaniya sərhədindəki Tanfa bölgəsində Suriya müxalifətini vurub.

Short URL: http://www.cumhuriyyet.net/?p=67766

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31