Rusiya suriyalı müxalifləri fosfor bombası ilə bombalayır
Suriyanı bombalamaqda davam edən Rusiya bu dəfə yaşayış məntəqələrini fosfor bombaları ilə vurub.
Avropa.info xəbər verir ki, rus ordusuna məxsus döyüş təyyarələri Hələbin şimal rayonlarında yerləşən qəsəbələrə fosfor bombası atıb. Yerli mənbələrin verdiyi məlumata görə, Anadan və Hreytan, Kefra Hamra, Maraat artik, Babis və Yakid məntəqələrinə fosfor bombası atıb.
Mənbələr hava bombardmanı zamanı ölü və yaralıların olmasına dair məlumat verməyib.
Hələbdə müxaliflərin mövqelərinə bir aydır, fosfor, vakuum, kaset bombaları ilə hücum edən rus təyyarələri şəhər mərkəzində yerləşən məktəb, xəstəxana, mülki müdafiə, bazar kimi məntəqələri bombalayıb.
Hələbin şimalında müxaliflərin tək çıxış nöqtəsi olan Kastillo yolunu ağır şəkildə bombalayan Rusiya qırıcıları İdlib vilayətində müxalifətin əlində qalan yerləri də bombalayıb.
Short URL: http://www.cumhuriyyet.net/?p=67769