Sərkisyanla müdafiə naziri arasında ciddi qalmaqal

22.06.2016 - 12:28

rrErmənistanda Prezident Serj Sərkisyanla Müdafiə naziri Seyran Ohanyan arasında ciddi narazılıq yaranıb. APA-nın məlumatına görə, “Joxovurd” qəzeti Ermənistan Silahlı Qüvvələrində yüksək vəzifəli şəxslərin işdən çıxarılması və korrupsiya faktları ilə bağlı prezidentlə nazir arasında gərgin söhbət olduğunu yazıb.
S.Sərkisyan son hadisələrlə bağlı S.Ohanyana bildirib ki, sadəcə, Azərbaycanla müharibə amilini nəzərə aldığı üçün hələlik onu vəzifədən azad etməyi lazım bilmir. “Lakin prezident bildirib ki, Ohanyan yaranmış vəziyyətlə əlaqədar reputasiyasını təmizləməlidir. O, istefasının Azərbaycanın əlində təbliğat vasitəsi olmaması üçün hələlik vəzifəsində qalacaq. Ohanyan isə yaxın ətrafına bildirib ki, istefa vermək niyyətində deyil. Pis işləyirsə, qoy, prezident onu vəzifəsindən azad etsin”, – qəzet yazıb.
Qeyd edək ki, ki, Azərbaycanla Ermənistan arasında aprel ayında təmas xəttində baş verən gərginlikdən sonra Ermənistan Prezidenti S.Sərkisyanın fərmanı ilə müdafiə nazirinin müavini, nazirliyin maddi-texniki təminat departamentinin rəisi Alik Mirzabekyan, Rabitə Qoşunlarının rəisi, Müdafiə Nazirliyinin rabitə və avtomatlaşdırılmış idarəetmə sistemləri idarəsinin rəisi, general-mayor Komitas Muradyan və Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının Kəşfiyyat İdarəsinin rəisi, general-mayor Arşak Karapetyan işdən çıxarılıb.
Bu ilin mayında isə Ermənistan Silahlı Qüvvələrinin Silahlanma İdarəsinin rəisi, general Mels Çilinqaryan, polkovniklər Armen Markaryan və Mger Papyan Ermənistan İstintaq Komitəsinin Baş hərbi istintaq idarəsinin açdığı cinayət işləri çərçivəsində saxlanılıblar.
Həmin cinayət işləri keyfiyyətsiz malların alınması, habelə vəzifə səlahiyyətlərindən sui-istifadə halları ilə bağlı faktlar əsasında qaldırılıb. İlkin məlumata görə, bəzi məhsullar baha qiymətə alınıb.Bundan başqa, İrəvanın Maştots rayonunun hərbi komissarlığının şöbə rəisi, polkovnik-leytenant Şant Avetisyan 5 min dollar rüşvət alarkən saxlanılıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=67796

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31