Türkiyə ilə ABŞ razılaşdı: Öcalan evə buraxılır

22.06.2016 - 16:21

rrABŞ, Türkiyə və Suriya Demokratik Qüvvələri Menbiç əməliyyatından əvvəl İncirlik bazasında görüşüb. Axar.az xəbər verir ki, bu barədə Livanın “Səfir” qəzeti yazıb. Qəzetin iddiasına görə, görüş üçün Rusiyanın da razılığı alınıb.
Üçtərəfli görüş zamanı Menbiç əməliyyatına qatılacaq qüvvələr müzakirə olunub. Bundan əlavə, Türkiyə ilə PKK arasında danışıqların yenidən başlamasına, Abdullah Öcalanın ev dustaqlığına buraxılmasına qərar verilib.
PKK-nın Türkiyənin şərqində kürdlərin yaşadığı bölgələrdə terror əməllərindən əl çəkməsi qarşılığında isə rəsmi Ankara Menbiç əməliyyatına kürdlərin qatılmasına razılıq verib.
Qəzet son olaraq qeyd edib ki, əgər Suriya parçalanarsa, Türkiyə cənub sərhədlərində kürd dövlətinin yaranmasına etiraz etməyəcək. Qeyd edək ki, Suriya Demokratik Qüvvələri iyunun 1-də ABŞ-ın dəstəyi ilə Menbiç şəhərinin İŞİD-dən azad olunması üçün hərbi əməliyyatlara start verib.

Short URL: http://www.cumhuriyyet.net/?p=67814

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31