Ərdoğandan siyasi ədəbsizlik: Alman generalını və deputatlarını Türkiyəyə buraxmadı

23.06.2016 - 13:28

erdoqan2Türkiyə Almaniya Müdafiə Nazirliyinin yüksək səviyyəli rəsmiləri və Budestaqın bəzi üzvlərinin iyulda İncirlik hava bazasına planlaşdırılan səfərinə icazə verməyib.

APA bildirir ki, bu barədə Almaniya Müdafiə Nazirliyinin mətbuat katibi məlumat verib.

Bildirilib ki, Almaniya müdafiə nazirinin müavini Ralf Brauksiepe parlament nümayəndə heyəti ilə iyulda alman qoşunlarına baş çəkmək istəyib, lakin Bundestaq tərəfindən 1915-ci il hadisələrinin “soyqırımı” kimi tanınması ilə bağlı Berlin və Ankara arasındakı gərginliyə görə səfərə icazə verilməyib.

“Hazırda Türkiyə hakimiyyət nümayəndələri səfər planını təsdiqləmirlər. Səbəblə bağlı isə yazılı açıqlama yoxdur”, – deyə Müdafiə Nazirliyinin mətbuat katibi “Der Spiegel” nəşrinə bildirib.

Short URL: http://www.cumhuriyyet.net/?p=67834

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31