Ermənistan hökuməti xidməti avtomobilləri satışa çıxardı

23.06.2016 - 14:53

avtomobilErmənistan hökumətinə məxsus 383 xidməti avtomobil satışa çıxarılıb.

Ermənistan KİV xəbər verir ki, ölkənin Nazirlər Kabinetinin iyunun 23-də keçirilən iclasında avtomobillərin Dövlət Əmlak İdarəsinin balansına keçməsi haqqında qərar qəbul edilib.

Xəbərə görə, avtomobillərin satışından əldə olunan gəlir dövlət büdcəsinin hesabına köçürüləcək.

İnformasiyaya əsasən, Vergilər Nazirliyinin 27, Əmək və Sosial məsələlər Nazirliyinin 26, Kənd Təsərrüfatı Nazirliynin 9, İqtisadiyyat Nazirliyinin 4 xidməti avtomobili satışa çıxarılıb.

Nəqliyyat vasitələrinin satışından dövlət büdcəsinə əhəmiyyətli həcmdə maliyyə vəsaiti daxil olacağı gözlənilir.

Dövlət Əmlak İdarəsinin balansında daha 274 avtomobilin olduğu da bildirilib.

Short URL: http://www.cumhuriyyet.net/?p=67860

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31