Kral seksual manyak imiş

23.06.2016 - 15:32

ceksonPop-musiqinin kralı, mərhum Maykl Ceksonun seksual manyak və uşaqbaz olduğu təsdiqlənib. 2003-cü ilin noyabrında Maykl Ceksonun ABŞ-ın Kaliforniya ştatındakı “Neverlend” rançosunda polisin apardığı axtarışın nəticələrinin əks olunduğu hesabat bu günlərdə dərc edib.

Ölkə.Az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Cekson o zamanlarda həddi-büluğa çatmamışları tovlamaqda və onlara təcavüzdə suçlanırdı. 2005-ci ildə Maykl Cekson bu ittihamlarla bağlı bəraət almışdı. Zərərçəkənlərdən biri təzminat qismində 22 milyon dollar alandan sonra onun vəkilləri iddiadan imtina etmişdilər.

Ceksonun malikanəsində azyaşlıların pornofotolarından ibarət geniş “kolleksiya” aşkarlanıb. Fotolarda çılpaq uşaqlar, yeniyetmələr və kişilər var. “Kolleksiya”da sadomazoxist şəkillər, heyvanlara işgəncə verildiyi anların əks olunduğu fotolar da var.

“Bu materialların əksəriyyətindən azyaşlıları və yeniyetmələri manipulyasiya etmək üçün istifadə ediblər. Maykl Cekson illər boyu azyaşlı oğlanlara təcavüz etdiyini etiraf edib. Biz seksual zorakılığa məruz qalmış 6 oğlanı müəyyənləşdirdik. Maykl Ceksonun həddi-büluğa çatmamışlara təcavüz etməsinə zərrə qədər şübhə yoxdur”,- deyə Santa-Barbara prokurorunun köməkçisi Ron Zonen bildirib.

Maykl Cekson 2009-cu ilin iyunun 25-də Los-Ancelesdə, 50 yaşında keçinib.

Short URL: http://www.cumhuriyyet.net/?p=67869

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31