Mövlud Çavuşoğlu Türkiyə-Almaniya gərginliyinə aydınlıq gətirdi
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankaranı ziyarətə gələn Maltalı həmkarı ilə görüşüb.
Musavat.com “NTV”-yə istinadən xəbər verir ki, görüşdən sonra hər iki nazir mətbuat konfransı keçiriblər.
Mətbuat konfransında türkiyəli nazir Almaniyanın müdafiə nazirinin vəkili və heyətinin İncirlik hərbi bazasındakı alman hərbi kontingentini ziyarət etməsinə izn verilməməsinin səbəbini açıqlayıb.
Siyasətçilərin İncirlik hərbi bazasını ziyarət etməsinin uyğun olmadığını bildirən M.Çavuşoğlu sözlərinə belə davam etdi: “Hadisənin əsası budur. Əgər hərbi texniki heyət gəlmək istəsə, gələ bilər. Lakin onlardan başqa digərlərinin gəlməsini uyğun görmürük”.
Short URL: http://www.cumhuriyyet.net/?p=67880