Türkiyə ilə Avropa İttifaqı arasında danışıqlar bərpa olundu

23.06.2016 - 17:01

mcTürkiyə gələn həftə üzvülük və vizasız rejimlə bağlı Avropa İttifaqı ilə yeni danışıqlar aparacaq.

“France Press” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

Məlumata görə, M.Çavuşoğlu iyunun 30-da Avropa Komissiyası sədrinin müavini Frans Timmermansla görüşəcəyini deyib. Görüşdə Türkiyənin Avropa İttifaqı üzrə naziri Ömər Çelik və ədliyyə naziri Bəkir Bozdağ da iştirak edəcək.

“Biz Avropa Komissiyası sədrinin müavini ilə görüşmək üçün Brüsselə gedəcək və dayandırılan danışıqlar prosesini müzakirə edəcəyik. Avropa İttifaqı öz öhdəliyinə əməl edib, qərarını yerinə yetirməlidir”, – deyə M.Çavuşoğlu vurğulayıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=67901

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31