Türkiyədə PKK terror törətdi – 2 mülki şəxs həlak oldu

23.06.2016 - 23:55

pkkTürkiyənin Mardin vilayətinin Ömərli rayonunda PKK-lı terrorçular rayon jandarma komandanlığının qərargahına bomba yüklü maşınla terror aktını həyata keçiriblər.

Musavat.com-un Türkiyə mediasına istinadən verdiyi xəbərə görə terrorçular Ömərli jandarmeriya komandanlığının yerləşdiyi qərərgaha gətirdikləri bomba yüklü maşından atılıb qaçdıqdan sonra, uzaqdan idarə ilə onu partladıblar.

Şiddətli partlayışda yoldan keçən yük maşınının şoferi ilə bir vətəndaş, habelə qərargah qarşısında növbə çəkən iki əsgər yaralanıblar.

Yaralı sürücünü və mülki vətəndaşı Ömərli dövlət xəstəxanasına çatdırmaq mümkün olsa da onların həyatlarını xilas etmək mümkün olmayıb.

Terror səbəbi ilə Mardində Ömərli-Midyat yolu tamailə bağlanıb.

Hazırda terrorçuların yaxalanması üçün əməliyyat başlandığı bildirilir.

Short URL: http://www.cumhuriyyet.net/?p=67959

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31