Sarkisyanın müavinini Belçikada döydülər

24.06.2016 - 10:37

armen-asotyanBelçikada naməlum şəxslər Ermənistanın hakim Respublika partiyasının sədr müavini (sədr prezident Serj Sarkisyandır-red.), sabiq elm və təhsil naziri Armen Aşotyana hücum edərək döyüblər.

Virtualaz.org erməni KİV-ə istinadən bildirir ki, bu barədə o öz facebook səhifəsində yazıb.

“Bax, indi yaza bilərəm. Belçikanın Lyoven şəhərində olduğum son gecə, mehmanxananın girişində hücuma məruz qaldım. Belçika polisi bu işi icraata götürdü”, – deyə A.Aşotyan qeyd edib.

Onun sözlərinə görə, yaxınları narahat olmasınlar deyə, bu barədə Ermənistana qayıdana qədər heç kimə məlumat verməyib.

“Xoşbəxtlikdən daha ciddi fiziki xəsarət almaqdan qurtuldum. Baxmayaraq ki, axırıncı cərrahi əməliyyatdan sonra qoltuq ağacından istifadə edir və güclə gəzirdim”, – deyə Aşotyan vurğulayıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=67977

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31