Britaniya AB-dən çıxdı: Avropa göz yaşı tökür

24.06.2016 - 11:20

obamaBöyük Britaniya əhalisinin böyük bir qisminin Avropa Birliyindən çıxmağa səs verməsindən sonra Ağ Ev məlumat yayıb.

Axar.az xəbər verir ki, Ağ Evin yaydığı məlumatda ABŞ Prezidenti Barak Obamanın İngiltərə Baş naziri Devid Kemeronla görüşəcəyi bildirilib.

Almaniya Xarici İşlər naziri Frank-Valter Ştaynmayer İngiltərənin qərarını “Avropa üçün kədərli gün” kimi qiymətləndirib.

Finlandiyanın keçmiş baş naziri Aleksandr Stub isə pis yuxu gördüyünü bildirib:

“Xahiş edirəm, hələ də yatdığımı və pis yuxu gördüyümü deyin”.

Qeyd edək ki, ötən gün Britaniyanın AB-dən çıxmasına dair referendum keçirilib. Seçicilərin 52%-i çıxmağa, 48%-i isə AB-də qalmağa səs verib.

Short URL: http://www.cumhuriyyet.net/?p=67989

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31