“Britaniyanın Avropa İttifaqından çıxması Putinin qələbəsidir” – Keçmiş səfir

24.06.2016 - 11:24

putinÖlkə.Az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, ABŞ-ın Rusiyadakı keçmiş səfiri Maykl Makfol Böyük Britaniyanın Avropa İttifaqından çıxmasına dair referendumun nəticələrini RF prezidenti Vladimir Putinin böyük qələbəsi adlandırıb.

“Bu gün bu hadisə Vladimir Putinin xarici siyasətinin böyük qələbəsidir. Bunu layiqincə qiymətləndirmək lazımdır”,- deyə diplomat öz Twitter səhifəsində yazıb.

Bir qədər öncə Vladimir Putin Sankt-Peterburqda keçirilən İqtisadi Forumda bildirmişdi ki, Avropa İttifaqında qalıb-qalmamaq məsələsi Britaniyanın öz işidir”.

“Mən onlara nəyin yaxşı olub-olmamasını diktə edə bilmərəm. Rusiyanın dünyada baş verən bütün problemlərdə əli olduğunu düşünmək düzgün deyil”,- deyə Rusiya prezidenti qeyd etmişdi. Uzaqgörən siyasətçi əslində Britaniyanın Aİ üzvlüyündən çıxacağı təqdirdə nə ilə ittiham olunacağını öncədən sezmiş olmaldır ki, belə bir fikir səsləndirib.

Short URL: http://www.cumhuriyyet.net/?p=67991

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31