Almaniyada kinoteatra silahlı hücum
Hadisə Frankfurt yaxınlarında yerləşən Viernheimdə baş verib.
Bizimyol.info xəbər verir ki, hadisə şahidlərinin sözlərinə görə, əlində qaz tapancası ilə kinoteatra daxil olan şəxs ətrafdakıları qorxutmağa başlayıb. Salondakı insanlar qışqıraraq qaçmağa başlayıb.
Yayılan xəbərlərdə yaralıların olduğu bildirilsə də polis bu məlumatı təsdiqləməyib.
Polis əməkdaşlarının verdiyi məlumata görə, əməliyyat zamanı silahlı şəxs həyatını itirib. Silahlı şəxsin kimliyi araşdırılır.
Short URL: http://www.cumhuriyyet.net/?p=67998