PKK tərəfdarları Niderlandda Türkiyə və Azərbaycanın diaspor təşkilatına hücum olub

24.06.2016 - 12:34

terrorNiderlandda Türkiyə və Azərbaycanın diaspor missiyasını həyata keçirən təşkilata hücum olub.

Krallıqdakı Azərbaycan-Türk Kültür Dərnəyinin rəhbəri İlhan Aşkın APA-ya bildirib ki, ötən gün axşam yerli vaxtla 21.00-22.00 arası 30 silahlı şəxslər tərəfindən Niderlandın Dordrecht şəhərində yerləşən Ayasofya cami və Hilal Vakfi (Bozqurdçular) təşkilatının mərkəzi ofisinə hücum olub, ofis dağıdılıb, təşkilatın bir əməkdaşı başından güllələnməklə ağır yaralanıb, digərinə xəsarət yetirilib.

İ.Aşkının sözlərinə görə, hücumun PKK tərəfdarları tərəfindən edildiyi bildirilir.

Hazırda yaralılar xəstəxanada yerləşdirilib, vəziyyətləri orta ağırdır. Hadisə barədə polisə müraciət olunub, polis təşkilatın ofisini mühafizəyə götürüb. Hazırda Niderland polisi hadisəni törədənləri axtarır.

Short URL: http://www.cumhuriyyet.net/?p=68008

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31