Fatih Terim: “Mən artıq yoxam!”

24.06.2016 - 16:24

terimTürkiyə millisinin baş məşqçisi Fatih Terim Fransadan qayıdan kimi futbol federasiyasının rəhbəri Yıldırım Dəmirörənlə görüşüb.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “İmperator” federasiya başçısına “Çox yoruldum. Mən artıq yoxam. Yeni baş məşqçi axtarın” deyib.

Türkiyə millisinin qrupdan çıxa bilməməsi, sosial şəbəkədə xeyli tənqidlərə və təhqirlərə məruz qalması Terimin əhval-ruhiyyəsini pozub. Bu üzdən Dəmirörənlə görüşdə təcrübəli mütəxəssis ürəyini boşaldıb:

“Bu çempionatda məni çox incitdilər. Ünvanıma layiq olmadığım sözlər eşitdim. Xorvatiya və İspaniyaya məğlubiyyətlərdən sonra haqqımda danışılanları həzm etmək çətindir. Çox incimişəm. Artıq işləmək istəmirəm. Yeni dövrə yeni baş məşqçi ilə başlamağımız doğru olar. Bu günə qədər verdiyiniz dəstəyə görə təşəkkür edirəm. Ancaq daha davam edə bilməyəcəm”.

Terimin bu sözlərindən həyəcanlanan Dəmirörən dərhal onu fikrindən daşındırmağa çalışıb:

“Hocam, nə ayrılmaq? Əsl iş bundan sonra başlayır. Haqqınızda danışılanlara qulaq asmayın. Biz həmişə sizə güvənmişik. Milli komandanın başında olmağınız belə bizi arxayın edir. Həmişə arxanızdayıq. Bu komandanı DÇ-2018-ə də aparacağınıza əminik. Avropa çempionatı bizə yaxşı təcrübə oldu”.

Short URL: http://www.cumhuriyyet.net/?p=68060

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31