Britaniyanın yeni baş naziri o olacaq?

24.06.2016 - 17:18

consonBöyük Britaniyanın Avropa İttifaqından çıxmasının əsas təşəbbüskarı, Londonun keçmiş meri, Konservantlar Partiyasından olan siyasətçi Boris Conson Devid Kemeronun istefasından sonra bu posta əsas namizəddir.

CNN xəbər verir ki, Britaniya referendumunun nəticələri həm onun, həm də Kemeronun karyerasında yeni mərhələnin başlanğıcı oldu.

Lakin gələcək baş nazir bu gün ictimaiyyət qarşısına heç də arzuolunan şəkildə çıxmayıb. Böyük qələbəsindən sonra mətbuat üçün heç bir açıqlama vermək istəməyən B.Conson evinin qarşısına toplanmış jurnalistlərə məhəl qoymadan avtomobilinə oturub və uzaqlaşıb.

Maraqlı məqam budur ki, Devid Kemeron istefa verəcəyini açıqlamadan öncə, dünən axşam referendumun nəticəsindən asılı olmayaraq onun istefa verməməsini xahiş edən 80 konservant avroseptik deputat arasında B.Conson da olub.(milli.az)

Short URL: http://www.cumhuriyyet.net/?p=68072

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31