İspaniyadan Böyük Britaniyaya ərazi iddiası
Böyük Britaniyanın Avropa Birliyindən çıxması İspaniyaya imkan verəcək ki, Cəbəllütariq üzərində haqqına iddia edə bilsin.
Avropa.info xəbər verir ki, bu açıqlama ilə İspaniya xarici işlər naziri Xose Manuel Qarsiya Marqalyo çıxış edib.
“El Huffington Post” yazır ki, Cəbəllütariq artıq ikitərəfli olur və Londonla Madrid arasında danışıqlar obyektinə çevrilir. Əvvəlki şəraitdə bu dövlətlər vahid Avropa Birliyi sərhədləri daxilində idi.
“Bu yeni perspektivlər açan dönüşdür. İspaniya bayrağının Cəbəllütariqə qayıtması yaxındır. Bi maksimum imkan qazanmaq üçün bu situasiyadan istifadə etməliyik” – Marqalyo belə deyib.
Short URL: http://www.cumhuriyyet.net/?p=68082