Xəzərdə hərbçilər 4 Azərbaycan vətəndaşını saat yarım qovub tutdu – VİDEO

25.06.2016 - 16:25

12Xəzərin Qazaxıstan sektorunda sahil mühafizə qüvvələri içərisində 4 Azərbaycan vətəndaşının olduğu balıqçı qayığını saat yarım qovub. Virtualaz.org Qazaxıstan telekanallarına istinadən xəbər verir ki, dövlət sərhədini pozub Xəzərin bu ölkəyə aid hissəsindən nərə balığı ovlayan brakonyerlər sahil mühafizə qüvvələrinin “dayan” əmrinə tabe olmayıblar.

Onların qayığı 3 motorlu olub və Qazaxıstan sahil mühafizə qüvvələrinin kateri qayığa çatmaqda xeyli çətinlik çəkib.

Hərbçilər qayıqdakılara meqafonla xəbərdar edərək qayığı dayandırmağı əmr ediblər, əks halda atəş açacaqlarını bildiriblər. Lakin brakonyerlər bu əmrə tabe olmayıb və sahil mühafizə qüvvələrindən yayınmağa çalışıb.

Nəhayət, saat yarımlıq qaçdı-qovdudan sonar qayıq saxlanılıb, göyərtədəki Azərbaycan vətəndaşları həbs olunub. Onların heç birinin üzərində şəxsiyyətlərini təsdiq edən sənəd olmadığından kimlikləri məlum deyil. Qayıqda qaçaq yolla tutulmuş balıq aşkarlanmayıb, ola bilsin brakonyerlər tutduqları balığı dənizə atıblar, yaxud hələ balıq tuta bilməmişdilər.

Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin sahil mühafizə İdarəsinin rəis müavini Talqat Turebeyev deyib ki, faktla bağlı cinayət işi qaldırılıb. Saxlanılanları 5 ilə qədər həbs gözləyir, onların qayığı yaxın limanlardan birinə çəkilib.

Xatırladaq ki, bundan əvvəl də dəfələrlə Azərbaycan brakonyerləri Xəzərin Qazaxıstan sektorunda qanunsuz balıq ovlayarkən tutulublar. Xəzərin Azərbaycan sektorunda nərəkimilərin kökü faktiki olaraq kəsildiyindən son illər brakonyerlər tez-tez Qazaxıstan sularına üz tutur.

Short URL: http://www.cumhuriyyet.net/?p=68097

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31