Messi penaltini vura bilmədi və Arqentina yığması uduzdu – VİDEO

27.06.2016 - 10:04

messiOyunun əsas və əlavə vaxtı qolsuz bərabərliklə bitib.

Çili yığması tarixində ikinci dəfə futbol üzrə Amerika Kubokunun qalibi olub.

Oxu.az xəbər verir ki, ABŞ-ın Nyu-Cersi şəhərinin “Metlayf” stadionunda keçirilən final oyununda Xuan Antonio Pizzinin yetirmələri Arqentina komandası ilə qarşılaşıblar.

Matçın əsas və əlavə vaxtında qapılara qol vurulmadığından qalibi müəyyənləşdirmək üçün on bir metrlik cərimə zərbələri seriyası təyin olunub.

Penalti zərbələrini daha dəqiq yerinə yetirən Çili yığması 4:2 hesabı ilə qələbə qazanaraq Amerika kubokunun qalibi olub.

Arqentina millisinin heyətində Lionel Messi və Lukas Bilya penalti zərbəsini dəqiq yerinə yetirməyiblər.

Bununla, Çili komandası ardıcıl ikinci dəfədir ki, Amerika kubokuna sahib çıxıb. Xuan Antonio Pizzinin yetirmələri bir il əvvəl də Arqentina yığmasını oyundan sonrakı penaltilər seriyasında məğlub etmişdilər.

Short URL: http://www.cumhuriyyet.net/?p=68103

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31