Messidən gözlənilməz qərar – Karyerasını bitirdi

27.06.2016 - 10:10

messi2Argentina yığmasının və “Barselona”nın ulduzu Lionel Messi millidə karyerasını başa vurub. Anspress-in məlumatına görə, Messi Amerika Kubokunun finalında Çiliyə məğlubiyətdən sonra bu qərara gəlib.

Argentina və Çili millilərinin üz-üzə gəldikləri final oyunun əsas və əlavə edilmiş vaxtlarında hesab açılmayıb. Kubokun sahibini müəyyən etmək üçün təyin edilən penalti seriyasında gülən tərəf çililər olub. Penaltiləri daha dəqiq yerinə yetirən Çili yığması 4:2 hesabı ilə qalib gələrək ardıcıl ikinci dəfə Amerika kubokunun qalibi olub.

Argentina yığmasının lideri penalti zərbəsindən yararlana bilməyib.
“Mənim üçün Argentina yığmasında hər şey bitdi. Bu mənim qərarımdır”, – deyə 29 yaşlı hücumçu bildirib.

Finalda məğlubiyətdən pərişan olan futbolçu milli karyerasına son verdiyini qeyd edərək bundan sonra yalnız lideri olduğu “Barselona”nın uğurları haqda çalışacağını bildirib.
Messi “Barselona”nı bu kluba dəyişir
Çili yığması ötən il də kubokun finalında penalti seriyasında Argentinaya qalib gəlmişdi.

Nyu-York yaxınlığında yerləşən “Metlife” stadionunda keçirilən final matçını 82 min azarkeş izləyib.

Short URL: http://www.cumhuriyyet.net/?p=68107

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31